Rusiya kosmik gəmisini kosmosda qəsdən zədələyiblər?

Rusiyada "Soyuz MS-09" kosmik gəmisinin üst örtüyünün qəsdən deşilməsi versiyası yoxlanılır.

Bunu "Roskosmos" dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin deyib. 

O hesab edir ki, bunu beynəlxalq kosmik stansiyada olan kosmonavtlar və ya astronavtlar edə bilərdi. 

Roqozin bildirib ki, kosmik gəminin üst örtüyüyün yerdə zədələnməsi versiyası da araşdırılır:

"Həmçinin kosmosda qəsdən deşilməsi versiyası var". 

Qeyd edək ki, avqustun 30-da Roqozin beynəlxalq kosmik stansiyasına bitişik "Soyuz" kosmik gəmisində hava itkisinin olduğunu bildirib. Buna səbəb 1,5 millimetrlik çat olub. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31