Dağıstan qazsız qaldı

Dağıstanda qəza nəticəsində 74 yaşayış məntəqəsi qazsız qalıb.

Tabasaranskda "Kamaz" markalı yük avtomobilinin əsas borulardan biri ilə toqquşması nəticəsində 219 mm-lik diametrə malik qaz sızması yaranıb.

Hadisə nəticəsində partlayış baş verməyib.

Yaranan problemin bu günün sonuna qədər aradan qaldırılacağı deyilir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31