CAR-da iki qatar toqquşub - 100 yaralı

Cənubi Afrika Respublikasının (CAR) Selbi şəhərində iki sərnişin qatarı toqquşub.

Hadisə nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb.

Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31