Koçaryanın ölkədən çıxışına qadağa qoyulub
4 Sentyabr 2018 13:48 DünyaErmənistanın keçmiş prezidenti Robert Koçaryan ölkədən xaricə çıxa bilmir. İllik tibbi müayinə üçün Almaniyaya getmək istəyən Koçaryana istintaq orqan ölkədən çıxış qadağası qoyub. Bunu eks-prezidentin vəkili Aram Orbelyan bildirib.
Onun sözlərinə görə, Koçaryan barəsində heç bir qətimkan tədbiri seçilməyib, lakin, onun pasportu hüquq mühafizə orqanları əməkdaşlarındadır. Orbelyan onu da əlavə edib ki, məsələnin araşıdırılması və problemin aradan qaldırılmasına çalışırlar.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31