Almaniyada festivala arılar hücum etdi - 18 yaralı

Almaniyanın Karlsrue şəhərində yayın bitməsi ilə əlaqədar keçirilən festivala eşşək arıları hücum ediblər.

Hadisə nəticəsində 18 nəfər yaralanıb.

Əraziyə çoxlu sayda təcili yardım və fövqəladə hallar briqadaları cəlb edilib.

Yaralılar xəstəxanalara yerləşdirilib. Arıların ərazidən çıxarılması üçün isə festival məkanı bağlanılıb.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31