Avropa İttifaqı Çinlə bağlı qadağanı ləğv etdi
4 Sentyabr 2018 13:39 DünyaAvropa İttifaqı (Aİ) Çindən günəş panellərini idxalına qoyduğu 5 illik qadağanı ləğv edib.
Qurumdan verilən açıqlamada bu qərarın günəş paneli istifadəçilərinin ehtiyaclarına görə atıldığı bildirilib.
Həmçinin alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində işlərin sürətləndirilməsi də planlaşdırılır.
İdxal sabahdan etibarən mümkün olacaq.
Qeyd edək ki, ABŞ-ın son aylardakı sanksiyaları səbəbindən Çin Avropa ölkələri ilə iqtisadi münasibətləri gücləndirməyə çalışır.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31