Britaniya AB-dən çıxsa Şotlandiya müstəqillik istəyəcək
4 Sentyabr 2018 13:36 DünyaBöyük Britaniya Avropa Birliyindən çıxarsa, Şotlandiya Birləşmiş krallıqdan ayrılaraq müstəqil olmaq istəyəcək.
Bu barədə "Röyters" "Deltapoll"un keçirdiyi sorğuya əsasən məlumat yayıb. Sorğuda iştirak edən 1,022 insan Britaniyanın AB-dən çıxacağı təqdirdə növbəti referendumda 47% Şotlandiyanın müstəqillliyi lehinə, 43% əleyhinə səs verəcəyini açıqlayıb. 10% isə mövqe bildirməyib.
Qeyd edək ki, 2016-cı ildə şotlandların əksəriyyəti ölkənin AB-nin tərkibində qalması üçün səs vermişdilər. Ancaq Britaniya gələn il martın 29-da birliyi tərk etməlidir.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31