ABŞ prezidenti: "Yüz minlərlə insan ölə bilər"

Donald Tramp rəsmi "Twitter" hesabında Suriya haqqında açıqlama verib.

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Bəşər Əsəd rejiminə İdlibə düşünmədən hücum etməməsi barədə xəbərdarlıq edib:

"Suriya prezidenti Bəşər Əsəd İdlib şəhərinə düşünmədən hücum etməməlidir. Ruslar və iranlılar bəşəriyyət faciəsində iştirak edərək, dərin insani səhv edərlər. Yüz minlərlə insan ölə bilər. Buna imkan verməyin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31