Türkmanlar parlamentdə fraksiya yaratmağı bacardılar

İraq Türkman Cəbhəsi parlamentdə fraksiya yaradıb.

Bu barədə İraq Türkmanları Cəbhəsinin lideri Ərşad Salehi bildirib.

Onun sözlərinə görə, yeni parlamentdə türkmanların mövqeyini 9 deputat müdafiə edəcək.

"Türkmanların maraqlarına uyğun hərəkət edəcəyik. Türkman Cəbhəsi parlamentdə yaxın fraksiyalardan biri ilə ittifaq yaradacaq. Türkmanlar İraq qanunvericiliyinin formalaşmasında fəal iştirak etməyə çalışır", - Salehi söyləyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31