Rusiyalı nazirdən Suriya ilə bağlı diqqətçəkən açıqlama

Suriyada 4 minə yaxın məktəb yenidən qurulmalıdır.

Bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu Moskva məktəblərinin birində çıxışı zamanı deyib.

"Bura gəlməzdən öncə Suriya təhsil sisteminin yeni tədris ilinin başlanğıcına nə dərəcədə hazır olduğu ilə maraqlandım. Orada 3 min 900-dən çox təhsil ocağının yenidən qurulması vacibdir. Suriyalı şagirdlər müəyyən çətinliklə restavrasiya edilən 14 min məktəbdə dərslərə başladı", - deyə nazir bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31