Əfqanıstanın “əfsanəsi” öldü – Narkobaron terrorçu
4 Sentyabr 2018 12:00 DünyaƏfqanıstandakı Hakkani Şəbəkəsi terror təşkilatının rəhbəri Cəlaləddin Hakkani ölüb.
Bu barədə məlumatı Əfqanıstanın 1TV yayıb.
Qeyd edək ki, Cəlaləddin Hakkani uzun illərdir xəstəlikdən əziyyət çəkirdi. Onun indiyə qədər dəfələrlə ölüm xəbəri yayılsa da, sonradan təkzib edilib.
Hakkani Şəbəkəsi 2012-ci ildə ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb, Taliban və Əl Qaidə ilə sıx əlaqələrə malikdir. Təşkilatın yaradıcısı Cəlaləddin Hakkani 80-ci illər Əfqanıstan müharibəsinin əsas liderlərindən biri hesab edilib. Uzun müddət Mərkəzi Kəşfiyyat İdarəsi və bir sıra ərəb ölkələri tərəfindən maliyyələşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31