Donald Tramp Bəşər Əsədi İdlibə "mühakiməsiz hücum" etməməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Suriya lideri Bəşər Əsədi böyük hissəsi yaraqlıların nəzarəti altında olan İdlib əyalətinə "mühakiməsiz hücum" etməkdən çəkindirib.

Bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

"Suriya prezidenti Bəşər Əsəd mühakiməsiz İdlib əyalətinə hücum edə bilməz. Ruslar və iranlılar bu potensial insani faciədə iştirak etməklə böyük humanitar səhvə yol verirlər. Yüzminlərlə insan həyatını itirə bilər. Buna yol verməyin!", - deyə Tramp yazıb

."Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31