Yaponiyanı qorxuya salan "Cebi" Rusiyaya çatdı
4 Sentyabr 2018 11:28 DünyaTəhlükəli "Cebi" qasırğası Rusiyanın Xabarovsk vilayətinə çatıb. Trend-in məlumatına görə, meteoroloqlar yaxın 3 gün ərzində burada güclü leysan yağışlar proqnozlaşdırıblar.
Hazırda qeyri-sabit hava şəraiti ilə əlaqədar Saxalin adası ilə bərə əlaqəsi dayandırılıb.
Əhaliyə yaşayış məntəqələrindən uzaqlaşmamaq, sürücülərə sürət həddinə nəzarət etmək barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Yaponiyada "Cebi" adlı güclü qasırğanın yaxınlaşması səbəbindən 270 aviareys təxirə salınmışdı.
"Cebi" əsrin ən güclü qasırğası hesab olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31