KXDR-in nüvə proqramının yaradıcısı vəfat edib

Koreya Xalq Demokratik Respublikasında (KXDR) akademik Çju Gyu Çhan vəfat edib.

Alim Şimali Koreyanın keçmiş müdafiə naziri və nüvə silahları və raketlərinin hazırlanması sahəsinə məsul şəxs olub.

Onun ölüm səbəbi sitopeniya - qan hüceyrələrinin bir və ya daha çox növünün çatışmazlığı olub.

Qeyd olunur ki, Çju Gyu Çhan 2012-ci ildə buraxılan "Inha-3" uzaq radiuslu iki raketin hazırlanmasında fəal iştirak edib. KXDR-in nüvə proqramında iştirakına görə alim 2013-cü ildə ABŞ-ın sanksiya siyahısına daxil edilib. O, 2015-ci ildə təqaüdə çıxıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31