Tanınmış aparıcının ölümünə sayılı günlər qalıb - "Özünüzə yaxşı baxın, ömrüm bitir"

Dostlar, qorxuram, amma vaxt gəldi çatdı, sayılı günlərim qalıb. Özünüzə yaxşı baxın, sağolun.

Olaylar.az  Milli.Az-a istinadla xəbər verir ki, bu sözləri BBC-nin tanınmış radio aparıcısı Reyçel Bland (Rachael Bland) şəxsi Tvitter hesabında yazıb.

Reyçel 2016-cı ildə döş xərçəngi xəstəliyinə yoluxduğunu öyrənəndə o, parkda balaca oğlu ilə gəzintidə olub. İki ildən çoxdur ki, müalicə alan aparıcı sağala bilmir.

Radio 5 Live-da aparıcılıq edən aparıcı artıq xərçəng xəstəliyi ilə mübarizə apara bilmir. Həkimlərin Reyçelə dediyinə görə onun sayılı günləri qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31