Almaniyanın XİN rəhbəri Türkiyədə İdlibdəki vəziyyəti müzakirə edəcək

Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib ki, Türkiyəyə səfəri zamanı Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə edəcək.

Olaylar.az "Report"-a istinadən xəbər verir ki, səfər 5-6 sentyabr tarixlərində baş tutacaq.

"Biz İdlibdə humanitar böhrandan qaçmaq üçün əlimizdən gələni edəcəyik. Bu, mənim bu həftə, çərşənbə günü və cümə axşamı Türkiyəyə səfərim zamanı çox vacib mövzu olacaq", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31