Türkiyə, Rusiya və İran Tehranda bu məsələni müzakirə edəcək

"Türkiyə-Rusiya-İran sammitinin başlıca müzakirə mövzusu Suriyanın İdlib vilayətinin azad olunması olacaq".

Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Suriyanın xarici işlər naziri Valid Müəllim çıxış edib.

"Rusiya, İran və Türkiyə Astana sülh prosesinin qarant ölkələridir. Bu üzdən onların rolu çox vacibdir. Bu üçtərəfli görüşün vacibliyini vurğulayır. Əminik ki, sammitin əsas məqsədi İdlibin azad olunması olar. Suriya xalqı məhz bunu gözləyir" -, deyə Valid Müəllim "Rossiya-24" kanalına müsahibəsində bildirib.

Qeyd edək ki, Tehranda Türkiyə, Rusiya, İran prezidentlərinin sammiti 7 sentyabrda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31