Bu Avropa ölkəsində məktəblərdə mobil telefondan istifadə tam qadağan olundu
3 Sentyabr 2018 21:48 DünyaFransa Təhsil Nazirliyi yeni təhsil ilindən etibarən şagirdlərin məktəb ərazisinə mobil telefon gətirməsini tam qadağan edib.
Olaylar.az xəbər verir ki, mobil telefondan istifadə icazəsi yalnız müəllim və məktəb personalına verilib. O da istisna hallarda, ancaq dərslər arası tənəffüslərdə.
Təhsil naziri Jan-Mişel Blankerin sözlərinə görə, qərar uşaqların maraqları çərçivəsində qəbul olunub. Valideynlər uşaqları sosial şəbəkələrdə cərəyan edən zorakılıq və nifrətdən qorumağa qərar veriblər.
Avropada mobil telefonlardan istifadə Almaniyanın Bavariya əyalətində, qadağan olunub. İtaliyada isə dərs zamanı yalnız təhsil məqsədilə istifadəyə icazə verilib. Belçika və Böyük Britaniyada isə bu məsələni hər bir məktəb fərdi şəkildə həll edir. Bu ölkələrdə ümumi icazə, yaxud ümumi qadağa qaydaları yoxdur.