Gürcüstanda prezident seçkiləri ilə əlaqədar təhlükəsizliyi xüsusi polis qrupları təmin edəcək

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı təhlükəsizliyi xüsusi polis qrupları təmin edəcək.

Bununla əlaqədar olaraq nazir Qeorqi Qaxaria xüsusi əmr imzalayıb. Əmrə əsasən xüsusi qruplar sentyabrın 30-dək tam formalaşdırılacaq.

DİN-in müxtəlif təyinatlı strukturlarının əməkdaşlarının daxil olacağı xüsusi qruplar seçkiqabağı kampaniya zamanı və səsvermə günü baş verə biləcək bütün hüquqpozmaların qarşısını alacaq. Bu qruplar, həmçinin seçki bülletenlərinin hazırlanması və paylanması qaydalarını da nəzarət edəcək.

Seçki günü bu qruplar seçki məntəqələrinin yaxınlığında sabitliyə nəzarət edəcəklər.

Bu qruplar, həmçinin bütün siyasi qrupların hüquqlarını bərabər şəkildə qoruyacaqlar.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31