Rusiya FTX: İŞİD-in gəlirləri 10 dəfə azalıb
3 Sentyabr 2018 18:19 DünyaİŞİD terror qruplaşmasının gəlirləri 2014-cü ildən bəri 10 dəfə azalıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin operativ informasiya və beynəlxalq münasibətlər xidmətinin rəhbəri Sergey Beseda bildirib.
"2014-cü ildə olan maliyyə gəlirləri ilə müqayisə etsək, o vaxt bu rəqəm, təxminən, 3 milyard dollar idi. İndi isə İŞİD terror qruplaşması ildə 200-300 milyon dollar ala bilir", - S.Beseda deyib.
Onun sözlərinə görə, gəlirlərin azalması neft hasilatından və yaraqlıların nəzarət etdikləri ərazilərdə tətbiq etdikləri vergilərdən gələn maliyyənin aşağı düşməsi ilə bağlıdır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31