NASA Yupiterin qeyri-adi buludlarının fotosunu yaydı
3 Sentyabr 2018 17:58 DünyaNASA Yupiter planetinin Şimal qurşağındakı qeyri-adi bulud formalarının fotosunu yayıb.
Foto "Juno" kosmik gəmisi vasitəsilə əldə edilib. Kosmik gəmi buludların üst qatından 11.350 km məsafədə olub.
Ağ parlaq bulud topaları digər bulud qatlarından üstdə olur və kölgələri onların üzərinə düşür. Bu səbəbdən maraqlı peyzaj alınır.
Alimlər qeyd edirlər ki, bu təbiət hadisəsi Yupiterin atmoserfinin müxtəlif səviyyələri arasındakı məsafəni, onların tərkibini və mənşəyini müəyyənləşdirməyə imkan verir.

Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31