Avropa Şurası 4 Afrika ölkəsinə 138 milyon avro ayırır

Avropa Şurası (AŞ) 4 Afrika ölkəsinə 138 milyon avro dəyərində humanitar yardım ayıracaq.

Bu barədə AŞ-nın rəsmi saytında bildirilib.

Məlumata görə, humanitar yardım Kamerun, Nigeriya, Niger və Çada şamil olunacaq.

Sənəddə qeyd edilir ki, silahlı münaqişələr Çad gölü hövzəsi ölkələrində durumu daha acınacaqlı edib:

"Burada təxminən 3,6 milyon insana təcili ərzaq yardımı göstərilməlidir".

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31