Putin İrana gedir

Rusiya prezidenti Vladimir Putin İrana rəsmi səfər edəcək. Səfərlə bağlı Kreml xəbər yayıb.

Bildirilir ki, səfər sentyabrın 7-də baş tutacaq.

Rusiya prezidentinin Suriya böhranının nizamlanması məsələsi ilə əlaqədar üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana səfər edəcəyi qeyd edilir.

Tehranda rusiyalı liderin iranlı həmkarı Həsən Ruhanı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşləri də nəzərdə tutulub.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31