İsrailin müdafiə naziri: “İranın Suriyadan kənar hədəflərini vurmağa hazırlaşırıq”

"Yerləşdiyi ərazidən asılı olmayaraq, İranın bütün hədələrinə qarşı mübarizə aparacağıq".

Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman Qüdsdə keçirilən konfransda bildirib.

"Biz özümüzü Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu, açıq-aşkar bilinməlidir. İranın Suriyadan kənardakı hədəflərinə hücum etməyə hazırlaşırıq", - deyə müdafiə naziri qeyd edib.

Aviqdor Liberman İranın hansı ölkələrdəki hədəflərini nəzərədə tutduğunun deməyib.

Qeyd edək ki, son zamanlar İsrail İranın Suriyadakı hədəflərinə qarı hücumlar həyata keçirib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31