"Cebi" tufanı Yaponiya sahillərinə yaxınlaşır
3 Sentyabr 2018 16:17 DünyaYaponiyada "21 nömrəli" adlandırılan "Cebi" tufanı Yaponiya sahillərinə yaxınlaşır. Tufanı diqqətlə izləyən sinoptiklər onun sentyabrın 4-də Yaponiyaya çatacağını bildirirlər.
Tufanın mərkəzində küləyin sürəti saatda 180 kilometrə çatır. Onun Yaponiya sahillərinə güclü külək və nəhəng dalğalar gətirəcəyi gözlənilir.
Sentyabrın 4-dən başlayaraq, Yaponiyanın həm qərb, həm də şərq regionlarına leysan yağışların yağacağı bildirilir.
Güclü yağışın və küləyin Yaponiyanın şimalına sentyabrın 5-də çatacağı bildirilir.
Sinoptiklər yerli sakinlərə ehtiyatlı olmağı və tufanın hərəkət istiqamətini izləməyi tövsiyə edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31