Angela Merkel bu həftə Marseldə Emmanuel Makronla görüşəcək
3 Sentyabr 2018 16:15 DünyaAlmaniyanın federal kansleri Angela Merkel sentyabrın 7-də Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.
Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert Berlində keçirilən brifinqdə bildirib.
"Sentyabrın 7-də Almaniya kansleri Marsel şəhərinə gedəcək və orada Emmanuel Makronla danışıqlar aparacaq", - deyə Zaybert vurğulayıb. Onun sözlərinə görə, danışıqların gündəliyi hələlik dəqiqləşməyib, lakin tərəflərin Ukraynanın şərqində yaranmış vəziyyəti də müzakirə edəcəkləri istisna olunmur.
Xatırladaq ki, Rusiya və Ukrayna ilə yanaşı, Almaniya və Fransa da Donbasda vəziyyətin nizamlanması üzrə "Normand dördlüyü"nə daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31