"Suriya ilə bağlı Obamanı inandıra bilmədim..." - Kerri
3 Sentyabr 2018 16:10 DünyaABŞ Suriyadakı fəaliyyətsizliyinin qarşılığını ödəyir.
Bunu "CBS Nyus"a müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Con Kerri deyib. O, zamanında ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Suriya Prezidenti Bəşər Əsədə "dərs verilməsi" ilə bağlı inandırmadığını etiraf edib:
"Mən bir neçə ideya irəli sürdüm. Mənim dəlilim prezidenti razı salmadı. Hesab edirəm ki, bizim bir neçə alternativimiz var idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31