İsraildən sərt xəbərdarlıq: "Hər an vura bilərik!"

İranın İraqdakı şiə müttəfiqlərinə onlarla raket yollaması ilə bağlı yayılan xəbərlərdən sonra İsrail tərəfi rəsmi Tehranı bölgəni vurmaqla təhdid edib.

Bu barədə İsrailin Müdafiə Nazirliyindən informasiya yayılıb.

"Suriyada baş verən hər şeyi müşahidə edirik. İran hədəfləri ilə bağlı da özümüzü sadəcə Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu da çox açıqdır. Hardan gəlirsə gəlsin, istənilən İran təhdidinə qarşılıq verəcəyik", - İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.

Qeyd edək ki, "Röyter" İranın İraqdakı müttəfiqlərinə 700 kilometr mənzilli ballistik raketlər göndərdiyini və bu raketlər vasitəsilə Ər-Riyad və Təl-Əvivi vurmağın mümkün olacağını iddia etmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31