Yunanıstanda gəmilər dayandı - SƏBƏB?

Bu gün səhər saat 6-dan başlayaraq 24 saat ərzində Yunanıstanda gəmilərin hərəkəti dayandırılıb. Bu səbəbdən adalar arasında hərəkət hazırda iflic olub.

Tətilə səbəb Yunanıstanın PNO dənizçilər federasiyasının 24 saatlıq tətil elan etməsidir.

Tətilin səbəbi isə dənizçilərin əmək haqqının aşağı olmasından narazı olmasıdır. Onlar əmək haqqının 5 faiz artırılmasını tələb edirlər.

Qeyd edək ki, federasiya ilə gəmi sahibləri arasında daha öncədən aparılmış danışıqlar zamanı federasiyaya əmək haqqının 1 faiz artırılması təklif edilib, lakin onlar bununla razılaşmayıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31