Milyarderin yaxtasında İnstaqram ulduzunun meyiti tapıldı

Avstraliyalı İnstaqram ulduzu Sinid MakNamaranın meyiti məşhur milyarderin yaxtasında tapılıb.

Onun meyiti meksikalı milyarder Alberto Balleresin Yunanıstanın Kafelonya adası limanındakı yaxtasında tapılıb. Yaxta 92 metrlikdir.

Məlum olub ki, 20 yaşlı Sinid 4 aydır ki, "Mayan Queen IV" adlı yaxtada işləyir. Gənc qızın ölüm səbəbi hələ bilinmir. Yaxta Avropa sahillərini gəzir və qız da Yunanıstanda yaşayan qardaşını görməyə gəlib. Yunan polisi ölüm faktı ilə bağlı cinayət işi qaldırıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31