Qardaşı qızı ilə eşq yaşayan aparıcı intihara cəhd etdi
3 Sentyabr 2018 14:15 DünyaBir zamanlar Türkiyənin ən məşhur aparıcılarından olan Murat Başoğlu intihara cəhd edib.
Gəmidə qardaşı qızı Burcu Başoğlu ilə səmimi fotoları çəkilən aparıcı hadisədən sonra 14 illik həyat yoldaşı Hande Bermeklə boşanmışdı.
"Beyaz" TV-də yayımlanan "Söylemezsem olmaz" proqramında Muratın yaşadıqlarından sonra depressiyaya düşdüyü bildirilib.
Qeyd edilir ki, intihara cəhd edən Başoğlunun yaxınları vaxtında yetişərək, onu xəstəxanaya aparıblar.
Müalicə alan aparıcının psixoloji durumunun yaxşı olmadığı bildirilir.
Oxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31