Müsəlmanların soyqırımını işıqlandırdılar – “Mükafat”ları 7 il həbs cəzası oldu

Myanma məhkəməsi "Reuters" agentliyinin iki jurnalistini dövlət sirri haqda qanunun pozulması ittihamı ilə 7 il həbs cəzasına məhkum edib.

Olaylar.az xəbər verir ki, ölkə hakimiyyəti onları məxfi məlumatları əldə etməkdə ittiham edir. Jurnalistlər Va Lon və Kya So Oo Myanmada müsəlman rohinca xalqının təqibi və qətlə yetirilməsi ilə bağlı hadisələri işıqlandırıblar. Myanma hakimiyyətinin iddiasına görə, 2017-ci ildə saxlanılan jurnalistlərdə "məxfi hökumət sənədləri" tapılıb. Sənədlər rohinca xalqının yaşadığı Rakhayn ştatında fəaliyyət göstərən güc strukturlarının fəaliyyəti ilə bağlı olub.

Məhkəmədə jurnalistlər sənədləri restoranların birində polis əməkdaşlarından aldıqlarını bildiriblər. Bundan dərhal sonra həbs olunublar. Polislər jurnalistlərin rohinca xalqının başına gələnləri işqılandırılmaması üçün işi əvvəlcədən quraşdırdıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31