“Müharibəni Əsəd uddu, biz bunu qəbul etməliyik” Fransadan ACI ETİRAF
3 Sentyabr 2018 14:13 DünyaSuriya vətəndaş müharibəsinin qalibi prezident Bəşər Əsəd oldu.
Olaylar.az xəbər verir ki, bu etirafla Fransa xarici işlər naziri Jan-İv Le Drian çıxış edib.
"Müharibəni Əsəd uddu, biz bunu qəbul etməliyik. Lakin o, sülhə nail olmayıb" - o, belə deyib.
Fransalı nazirin sözlərinə görə, rəsmi Dəməşq beynəlxalq vasitəçilərin iştirakı ilə siyasi qərar qəbul etməsinin vacibliyini qeyd edib.
Le Drian Suriya hakimiyyətinin İdlib vilayətini terrorçulardan təmizləməyə nail olacağını, lakin bunun münaqişəni həll etməyəcəyini deyib. O, Fransanın BMT Baş Assambleyasında münaqişənin sülh yolu ilə həllində iştirak edəcəyini bildirib.
Nazirin sözlərinə görə, Rəsmi Dəməşq mülki əhaliyə qarşı kimyəvi silah istifadə etdiyi təqdirdə Qərb koalisiyası Suriya ərazisinə zərbələr endirə bilər.