ABŞ-da silahlı insident nəticəsində 7 yeniyetmə yaralanıb
3 Sentyabr 2018 14:02 DünyaABŞ-ın Alabama ştatının Birminhem şəhərində naməlum şəxslər yeniyetmələrin şənlik keçirdiyi klubun yaxınlığında odlu silahdan atəş açıb. İnsident nəticəsində 7 yeniyetmə yaralanıb.
Bu barədə "Birmingham News" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, şəhər polisinin rəsmi nümayəndəsi Conni Uilyams atışmanın sentyabrın 2-də yerli vaxtla təxminən 22:00-da baş verdiyini deyib. Onun sözlərinə görə, yaralılardan birinin həyatı təhlükə altındadır.
Hadisəyə iki gənc arasında başlayan mübahisənin səbəb olduğu bildirilir. Polis bir neçə yeniyetməni ifadə verməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31