Yerevanda ticarət mərkəzinin əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər

"Arinç mall" ticarət mərkəzinin əməkdaşları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Onlar idxal olunan geyimlərə xidmət haqqının artırılmasına etiraz edirlər.

Bildirilib ki, Ermənistanın gömrük sərhəd məntəqəsində idxal olunan xarici geyimlərin hər kiloqramına 2 dollardan çox rüsum alınır. İndiyədək hər kq üçün 2 dollar rüsum təşkil edib, hazırda bu rəqəm 3 dollaradək qaldırılıb.

"İnqilabdan sonra bu rüsumun 70 sent olacağını düşünürdük. Ancaq əksinə, qiymət 4,80 dollaradək qalxdı", - "Həmrəylik" ictimai təşkilatının başçısı Armen Nersisyan bildirib. O, hökumətdən məsələyə yenidən baxılmasını tələb ediklərini vurğulayıb. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31