Con Kerri 2020-ci ildə prezident seçkilərində iştirak edə bilər

ABŞ-ın sabiq dövlət katibi Con Kerri 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməyib.

Sabiq dövlət katibi bu barədə ABŞ-ın "CBS News" telekanalının efirində bildirib.

C.Kerri ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hakimiyyəti dövründə siyasətdə fəal şəkildə qalmaq niyyətində olduğunu diqqətə çatdırıb.

Bununla belə, onun fikrincə, 2020-ci ildə keçiriləcək seçki yarışı barədə müzakirə açmaq hələ tezdir.

Qeyd edək ki, Con Kerri daha əvvəl - 2004-cü ildə ABŞ Demokratlar Partiyasından namizədliyini irəli sürərək prezident seçkilərində iştirak edib. O zaman C.Kerri Respublikaçılar Partiyasının namizədi Corc Buşa məğlub olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31