ABŞ-dan çağırış: "Bununla bağlı araşdırma aparılsın"
3 Sentyabr 2018 12:10 DünyaTərəfləri müharibənin qaydalarına uymağa çağırırıq.
Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Yəməndəki mövcud durumla bağlı deyib.
"Mülki şəxsləri və yaşayış məntəqələrini hədəf alan hücumlarla bağlı araşdırma aparılmalıdır. Yəmən xalqının daha az zərər görməsi üçün tərəflər siyasi həllə nail olmalıdırlar. Hər kəs Yəmənin sabitliyinə çalışmalıdır", - Noyert bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiyanın Yəməndə bir avtobusa hücumu nəticəsində 51 nəfər həlak olmuş, 79-u yaralanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31