"ABŞ 300 milyonumuzu qaytarsın" - Pakistan
3 Sentyabr 2018 12:17 DünyaABŞ müdafiə məqsədi ilə bizə 300 milyon dollar verməli idi, lakin vaz keçdi.
Bunu Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi deyib.
"Biz məbləği özümüz qarşıladıq. İndi ABŞ həmin pulu Koalisiyaya Dəstək Fondundan verməlidir. Unutmaq olmaz ki, biz bu məbləği terrorla mübarizəyə sərf etmişik. Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo ilə müzakirə aparacağam", - nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31