Alman nazirdən çağırış: "Dovşan kimi oturmaq olmaz..."
3 Sentyabr 2018 12:20 DünyaABŞ-ın sanksiyalarına qarşı gözünə işıq tutulmuş dovşan kimi oturmaq olmaz.
Bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas deyib.
"Biz öz mənafeyimizi qorumalıyıq. Təkcə 80 milyon almana görə deyil, bütün Avropaya görə bunları deyirəm. Nəzərə amaq lazımdır ki, Avropada 500 milyon insan yaşayır", - Maas bildirib.
Nazir bütün çətinliklərə rəğmən, ABŞ-a reaksiya verməyin vacib olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31