İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif danışıqlar aparmaq üçün Suriyaya səfər edib.
Bu barədə İran XİN-dən informasiya yayılıb.
Zərif Suriyaya həmkarı Vəlid Müəllimin dəvəti ilə gedib. O, burada Suriya Prezidenti Bəşər Əsəd və digər hökumət rəsmiləri ilə danışıqlar aparacaq.
Axar.az