Məşhur agentliyin iki jurnalisti həbs edildi
3 Sentyabr 2018 11:48 DünyaMyanmada "Röyter" Agentliyinin iki əməkdaşına 7 il həbs cəzası verilib.
Jurnalistlər ölkədə müsəlman böhranı haqda ilk xəbər yayan şəxslərdir.
Həbs edilən jurnalistlər Va Lone və Kyav Soe ilə bağlı agentliyin rəhbər heyətində təmsil olunan Stepan Adler açıqlama verib:
"İşini peşəkarcasına görən iki müxbirə medianı susdurmaq məqsədilə təzyiqlər edilir, onlar 9 aydır ki, həbsdədir".
Qeyd edək ki, Myanma hökuməti jurnalistlərin dövlət sirri haqqında qanunu pozduğunu iddia edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31