Paşinyan Putinlə görüşmək niyyətindədir
3 Sentyabr 2018 11:44 DünyaErmənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər etmək niyyətindədir.
Bu barədə o özü "facebook"da canlı yayımda bildirib.
"Yaxın vaxtlarda mənim Moskvaya səfərim gözlənilir, hansı ki, onun gedişatında Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Bu, bizim üçüncü görüşümüz olacaq", - deyə o bildirib.
Ermənistanın baş nazirinin mətbuat katibi Arman Eqoyan isə qeyd edib ki, hökumət başçısının səfəri barədə informasiya səfərdən 1-2 gün əvvəl yayılır. Buna görə də o, görüş barədə xəbəri nə təkzib, nə də təsdiq edə bilər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31