ABŞ Əfqanıstanda İŞİD rəhbərlərindən birinin məhvi xəbərini təsdiqləyib

ABŞ-ın Silahlı Qüvvələri Əfqanıstanda İŞİD rəhbərlərindən birinin məhv edilməsi xəbərini təsdiqləyib.

Bu barədə CNN məlumat yayıb. 

Bildirilir ki, Əbu Səid Orakzai Nanqarhar vilayətinə endirilmiş hava zərbəsi nəticəsində öldürülüb.

"Bu, koalisiyanın Əfqanıstanda təhlükəsizlik probleminin həlli işinin tərkib hissəsidir, lakin bu (terrorçunun məhvi - red), həyati baxımdan vacib hissədir" - deyə telekanal Əfqanıstanda ABŞ və NATO-nun hərbi qüvvələrinin komandanı, general Skott Millerdən sitat gətirib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31