Paşinyan Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinin vaxtını açıqlayıb
3 Sentyabr 2018 11:26 Dünya"Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin mayında, yaxud iyunun əvvəlində keçirilməlidir".
Bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Ermənistanda növbədənkənar parlament seçkiləri uzağı mayda, yaxud iyunun birinci on günlüyündə keçirilməlidir" - Nikol Paşinyan Facebookda canlı yayımda deyib.
O qeyd edib ki, Ermənistan Konstitusiyasında baş nazir istefa vermədən parlamentin buraxlmasının mümkünlüyünə dair dəyişikliklər üzərində hazırlıq işlər görülür.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31