ABŞ-da qayıqların toqquşması nəticəsində itkin düşənlərin sayı artıb

ABŞ-ın Kaliforniya ştatındakı Kolorado çayında iki xüsusi qayığın toqquşması zamanı itkin düşənlərin sayı 4 nəfərə çatıb.

Hadisə zamanı iki qayıqda 16 nəfər olub. Toqquşmadan sonra onlardan 10-u xəstəxanaya çatdırılıb. Sərnişinlərdən birinin vəziyyəti kritik qiymətləndirilib.

Daha əvvəl 1 nəfərin itkin düşdüyü, 13 yaralının olduğu bildirilirdi.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31