Almaniyalı nazir ABŞ-la münasibətlər barədə: "İlan qarşısındakı dovşan kimi oturmamalıyıq"
3 Sentyabr 2018 11:04 DünyaAlmaniyanın xarici işlər naziri Xayko Maas Aİ ölkələrini ABŞ-ın qəbul etdiyi sanksiyalarla bağlı "ilan qarşısındakı dovşan" olmamaq üçün yekdilliklə qərarlar qəbul etməməyə çağırıb.
Almaniyalı nazir ABŞ-la münasibətlərə yenidən baxmaq niyyəti barədə bəyan edib. Bununla belə o, ABŞ Prezidenti Donald Trampı "Avropa İttifaqının Amerikanın düşməni olması" fikrinə görə tənqid edib.
Nazir əlavə edib: "İqtisadi sanksiyalar və gömrük rüsumları qarşısında biz "ilan qarşısındakı dovşan" kimi oturmamalıyıq".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31