Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub
2 Sentyabr 2018 20:12 DünyaSon sutka ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında 16 nəfər leysan yağışların qurbanı olub, daha 12 nəfər ağır xəsarətlər alıb.
Yerli hakimiyyət orqanlarına istinadən verilən məlumata görə, 6 nəfər ildırımın qurbanı olub, digərləri isə torpaq sürüşməsinin və kənddə ağacın evin damı üstünə aşması nəticəsində ölüblər.
Regionda təbii hadisə nəticəsində ümumilikdə 460-dan çox ev zərər çəkib. Hindistanda musson yağışlar iyundan sentyabrın ortalarına qədər davam edir.
Rəsmi məlumata görə, bu il 1000-dən çox insan leysan yağışların qurbanı olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31