"Türkiyə S-400 almaq mövzusunda kimdənsə icazə almaq niyyətində deyil" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Rusiyadan S-400 zenit raket sistemlərinin alınması məsələsində kimdənsə icazə almaq niyyətində deyil.

Prezident bu bəyanatla Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən biznes-forumda çıxış edib.

"Biz Rusiya ilə S-400 ilə bağlı saziş imzalamışıq və bu, bəzilərini narahat edir. Üzrlü sayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik", - deyə nəşr onun sözlərini sitat gətirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31