Trampın əlavə gömrük hədəsinə Avropa İttifaqından REAKSİYA

"ABŞ prezidenti Donald Tramp Avropadan idxal olunan avtomobillərə əlavə gömrük vergisi tətbiq etdiyi halda Avropa İttifaqı buna eyni şəkildə cavab verəcək".

Olaylar.az xəbər verir ki, bu sözləri Almaniyanın ZDF kanalına müsahibə verən Avropa İttifaqı Komissiyası sədri Jan Klod Yunker deyib. O, heç kəsə Aİ-nin ticarət siyasətini müəyyən etmək səlahiyyəti verməyəcəklərini bildirib.

Qeyd edək ki, Tramp dünən "Bloomberg"ə verdiyi müsahibədə Avropa İttifaqının satılan avtomobillərə sıfır gömrük vergisi qoymaq təklifini rədd etdiyini demiş, Aİ ticarət siyasəti haqda "Aİ ən az Çin qədər daha pisdir. Sadəcə özü balacadır. Bu kifayət qədər yaxşı deyil. Öz avtomobillərini almaq məsələsində onların istehlak vərdişləri də bizimkilər kimi deyil" ifadəsi işlətmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31