ABŞ nümayəndəsi İdlib müzakirələri üçün bu 3 ölkəyə səfər edəcək

Ağ Evin Suriyadakı təmsilçisi Ceyms Ceffreyin təmsilçisi olduğu heyət 1-4 sentyabr tarixlərində Türkiyə, İsrail və İordaniyaya səfər edəcək.

Olaylar.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada bildirilib ki, bu səfərdə Ceffreyi Xarici İşlər Nazirliyinin xüsusi səfiri olan Coel Reybern müşayiət edəcək. Səfərin əsas proqramında isə Suriyadakı son hadisələr, İsrailin müdafiəsi, İranın digər dövlətlər üçün təhlükəsiz hala gətirilməsi müzakirə ediləcək. Həmçinin ABŞ-ın ultimatumu çatdırılacaq və qeyd olunacaq ki, Ağ Ev hər hansı kimyəvi silah hücumuna qarşı olaraq dərhal addım atacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31